Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynalı general: "Ordu cəbhə xəttində aktiv müdafiəyə keçib"

Tarix :
Ukraynalı general: "Ordu cəbhə xəttində aktiv müdafiəyə keçib"

Ukraynalı general-leytenant İqor Romanenko ordunun cəbhə xəttində aktiv müdafiəyə keçdiyini bildirib.

General bunu "Espresso"ya müsahibəsində deyib.

O bildirib ki, Ukrayna müdafiə sistemini gücləndirməlidir: "Ukrayna 2024-cü il üçün planları həyata keçirmək məqsədilə ehtiyatlar toplamalıdır".

Generalın sözlərinə görə, indi mövqe döyüşləri gedir: "Ukraynanın nə qədər güc toplaya biləcəyindən asılı olaraq, gələn il üçün plan dəyişəcək".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.