Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Maddələr mübadiləsini sürətləndirən SİRLƏR

Tarix :
Maddələr mübadiləsini sürətləndirən SİRLƏR

Orqanizmin təbii yolla daha çox kalori yandırmasına kömək edəcək bəzi sirlər var.

Sağlamlıq mütəxəssisi Alexa Mellardo maddələr mübadiləsini sürətləndirmək üçün bəzi sirləri açıqlayıb.

Zülal qəbulunuzu artırın

Protein həzm etmək üçün yağlar və karbohidratlardan daha çox enerji tələb edir. Pəhrizinizə yağsız ət, bitki mənşəli qidalar və ya süd kimi zülalın daxil edilməsi maddələr mübadiləsinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Soyuq su için

Sərin su içmək əlavə kaloriləri yandırmağa kömək edir. Çünki vücudunuz onları bədən istiliyinə qədər qızdırmaq üçün istifadə etməlidir.

Daha çox hərəkət edin

Gəzmək və ayaqda durmaq kimi fiziki fəaliyyət, hətta məşq etmədən də kalori yandırır. Buna görə də uzun müddət oturmamağa, qısa fasilələr və gəzintilərə çıxmağa çalışın.

Yaşıl çay içmək

Yaşıl çayın tərkibində kofein və katexinlər var. Bu maddələr mübadiləsini sürətləndirərək, özünüzü daha ayıq hiss etməyə kömək edir.

Daha çox ədviyyatlı qidalar yeyin

Çili bibəri kimi ədviyyatlı qidalarda olan kapsaisin maddələr mübadiləsini bir qədər sürətləndirə bilər. Bu da orqanizmin daha çox istilik əmələ gəlməsinə və kalori yandırmasına səbəb olur.

Bu sadə vərdişlərdən istifadə daha sürətli maddələr mübadiləsini saxlamağa və həyat keyfiyyətinizi yaxşılaşdırmağa kömək edə bilər.