Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Almaniyanın gənclərdən ibarət millisi Fransaya qalib gələrək dünya çempionu olub

Tarix :
Almaniyanın gənclərdən ibarət millisi Fransaya qalib gələrək dünya çempionu olub

FIFA U-17 dünya kubokunun final oyununda Almaniya Fransaya qalib gəlib.

Turnir İndoneziyada baş tutub.

Almaniya təmsilçisi qarşılaşmaboyu hesabda ikiqat üstünlüyə malik olsa da, matç bərabərə bitib – 2:2. Penaltilər seriyasında Almaniya rəqibindən güclü olub – 4:3.

Çempionatın bürünc mükafatçısı Mali komandası olub. Üçüncü yer uğrunda görüşdə malililər Argentina yığmasını məğlub edib (3:0).

Qeyd edək ki, Gənclər arasında keçirilən dünya kubokunda 24 komanda iştirak edib. 2019-cu ildə Braziliya komandası turnirin qalibi olub. Almaniya üçün isə bu kubok ilk olub.