
Moskvanın "Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.
13:32
Moskvada “Sadovod” bazarında yanğın baş verib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, hazırda bazardan insanların təxliyəsi həyata keçirilir. Məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.
