Armen Qriqoryan yenidən Amerikaya gedir

Tarix :
Armen Qriqoryan yenidən Amerikaya gedir

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 2-də işgüzar səfərlə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona gedəcək.
Xarici KİV xəbər verir ki, bu barədə Nazirlər Şurasının ofisi məlumat yayıb. 
Səfər zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı gündəliyinin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, Armen Qriqoryan iyulda da ABŞ-yə getmişdi.