Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyanın itkilərinin yeni statistikası: Daha 370 hərbçi öldü

Tarix :
Rusiyanın itkilərinin yeni statistikası: Daha 370 hərbçi öldü


Ukrayna Silahlı Qüvvələri son sutka ərzində daha 370 rus hərbçini zərərsizləşdirib. Bununla da, fevralın 24-dən oktyabrın 20-dək düşmənin itirdiyi şəxsi heyətin sayı 66 min 650 nəfərə çatıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusların digər itkiləri aşağıdakı kimidir:
Tanklar - 2567 (+13);
Zirehli döyüş maşınları - 5255 (+20);
Artilleriya sistemləri - 1646 (+9);
MLRS - 372;
Hava hücumundan müdafiə sistemləri - 189;
Təyyarə - 269;
Helikopter - 243 (+1);
PUA - 1311 (+25),
Qanadlı raketlər - 329 (+6),
Gəmilər / qayıqlar - 16;
Avtomobil avadanlığı və tankerlər - 4005 (+6),
Xüsusi avadanlıq-147 (+1).