
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllülüdlü Samir Nüsrət oğlu Əsədovdur.
Hadisə şəhərin Sahil küçəsində baş verib. “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
