
Türkiyənin Van şəhərində səs-küyə səbəb olacaq təmtəraqlı toy keçirilib.
Türkiyə KİV xəbər verir ki, tanınmış Bayram ailəsinin nümayəndəsi Cemal Bayramın oğlu Onur Bayram Gıravi aşirətindən Faik Çenin qızı Havin Şen ilə ailə qurub.
Şəhərin Ekspo Sərgi və Konqres mərkəzində təşkil edilən toyda Türkiyənin tanınmış iş adamları və ailələri ilə yanaşı Amerika, Almanya, Fransa, Niderland, İran, İraq və Suriya kimi ölkələrdən də qonaqlar qatılıb.
Qonaqlar üçün 220 baş kiçik heyvan kəsilib. Toya siyasi partiya liderləri də qatılıb. Məclisdə ümumilikdə 10 000 qonaq olub.
Qonaqlara yemək təqdim edildikdən sonra gəlinlə bəyə qızıl və pul taxma mərasimi başlayıb. Bu zaman gəlinə kilolarla qızıl taxılıb. Bəyin üstünə isə 10 milyon lirə taxılıb. Bu pulu saymaq üçün 12 nəfər 6 saat vaxt sərf edib.
Təmtəraqlı toydan foto və video təqdim edirik:

