
İsrail hindtoyuğunda H5N1 quş qripinin təhlükəli ştammı aşkar edilib.
"Reuters" bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) istinadən yazır.
Qüdsün qərbindəki Zora bölgəsində virusun artıq 10,500 hindtoyuğunun olduğu sürüdə 43 quşu öldürdüyü bildirilir.
