"Zaxarova Lavrovun təyyarəsində uça bilməz" - Rusiyaya nota verildi

Tarix :
"Zaxarova Lavrovun təyyarəsində uça bilməz" - Rusiyaya nota verildi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Şimali Makedoniyaya səfər edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun təyyarəsinin Yunanıstan üzərindən Skopyeyə getməsinin səbəbini açıqlayıb.
"Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi notasında belə yazılıb: təyyarə Bolqarıstan üzərində uça bilər, lakin Mariya Zaxarova təyyarədə uça bilməz. Mənim Bolqarıstan üzərində təyyarəsiz uça biləcəyim və ya bunun üçün kosmosdan istifadə etməyin mümkün olub-olmadığı barədə heç nə deyilməyib", -  Zaxarova yarızarafatla deyib. 
Məhz buna görə də Lavrovun təyyarəsinin Bolqarıstan ərazisindən keçməsinə icazə verilməyib.