Meksikada güclü partlayış - Ölənlər var

Tarix :
Meksikada güclü partlayış - Ölənlər var

Meksikanın mərkəzi hissəsində yerləşən Hidalqo ştatında atəşfəşanlıq materialları anbarında partlayış baş verib. 
Xarici KİV xəbər verir ki, partlayış nəticəsində azı 5 nəfər həlak olub. 
Yaralılar arasında biri azyaşlı olmaqla 3 nəfər yaralanıb. Partlayış yerindən 10 km radiusda ərazi mühasirəyə alınıb, polis hadisənin səbəblərini araşdırır.