Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub

Tarix :
Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub

Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.
Report-un məlumatına görə, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik-leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.
Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələ işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hazırda Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.