
Cennifer Lopez fevralın 16-da işıq üzü görəcək yeni albomu üçün film çəkib.
Xarici mətbuat xəbər verir ki, müğənni filmin ssenarisini əri Ben Affleklə birlikdə yazıb.
Məlumata görə, Lopez 2002-ci ildə çıxardığı və karyerasının dönüş nöqtələrindən biri olan "This Is Me… Then"in 20-ci ildönümündə elan etdiyi yeni albomunu "This Is Me… Now" adını verib.
54 yaşlı müğənni yeni albomu üçün xüsusi olaraq "This Is Me… Now: The Film" layihəsini elan edib.
Rəqəmsal platformada yayımlanacaq film və albom 16 fevral 2024-cü ildə təqdim olunacaq.
"This Is Me… Now" Cennifer Lopezin son iyirmi ildə keçdiyi emosional, mənəvi və psixoloji yollardan bəhs edəcək. Albomda Lopezin həyatı və təcrübələrindən bəhs edən mahnılar yer alacaq.
