
İran prezidenti İbrahim Rəisin Türkiyəyə səfəri təxirə salınıb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Səfər çərşənbə gününə planlaşdırılırdı, lakin indi başqa tarixə təxirə salınıb", - deyə məlumatda qeyd olunub.
Gecikmənin səbəbi açıqlanmayıb.
***11:43
İran Prezidenti İbrahim Rəisinin bu gün Türkiyəyə rəsmi səfəri planlaşdırılır.
Rəisi səfər zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
İki ölkənin prezidentləri Qəzzadakı müharibəni və Yaxın Şərqdəki digər mühüm məsələləri müzakirə etməlidirlər.
