Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Baksovet radikalizmi” və ya İranın artan radikal davranışları fonunda AXCP-nin “istefa-azadlıq” oyunu – Rəylər

Tarix :
“Baksovet radikalizmi” və ya İranın artan radikal davranışları fonunda AXCP-nin “istefa-azadlıq” oyunu – Rəylər

Noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Ölkəmizə qarşı təhdidlərin artdığı bir zamanda belə bir aksiyanın keçirilməsinə cəhd göstərilməsi diqqət çəkir. Hər kəsi bir sual düşündürür ki, bu tədbiri niyə indiki vaxtda keçirməyə çalışdılar? İranın, Fransanın, Rusiyanın ölkəmizə qarşı apardığı radikal siyasət fonunda “Baksovet radikalizmi”nə nə ehtiyac vardı?
Globalinfo.az mövzu ilə bağlı bir neçə partiya rəhbərindən, funksionerindən fikir alıb.
AĞ Partiyanın başqanı Tural Abbaslı Globalinfo.az-a açıqlamasında bildirib ki, piket və mitinqlər hər bir siyasi partiyanın özünün verə biləcəyi daxili qərardır:
Tural Abbaslı: "III Qarabağ müharibəsi istənilən anda başlaya bilər" - ÖZƏL - en son xeberler 2022, xeberler bu gun 2022
“Müxtəlif etiraz aksiyalarının təşkili siyasi strukturun və ya vətəndaşın konstitusion hüququdur. Bizim başqa siyasi təşkilata mitinq, piket keçirməklə bağlı irad bildirməmiz onların işinə müdaxilə kimi qiymətləndirilər və bu, etik baxımdan düzgün sayılmaz. Amma Azərbaycanın üzləşdiyi hazırkı geopolitik şərtlər fonunda hər hansı aksiyanın keçirilməsinə ehtiyac duymuruq. İranın artan təzyiqi, Qarabağ məsələsində beynəlxalq güclərin tutduğu ədalətsiz mövqe Azərbaycanın daxili siyasətində başqa rəftarları şərtləndirir”.
T.Abbaslı qeyd edib ki, ölkədaxili məsələlər maksimum danışıqlarla, qarşılıqlı anlaşma ilə həll olunmalıdlır, nəinki aqressiv metod və vasitələrlə:
“AĞ Partiya olaraq Azərbaycan ətrafında yaradılan gərginlik keçənə qədər piket və mitinqləri təxirə salmışıq. Kim edirsə, öz işidir. Addım atanda, qərar verəndə bunu müxtəlif aspektlərdən analiz edirik ki, Azərbaycanın beynəlxalq imicinə necə təsir edər, Qarabağ danışıqlarında mövqelərimizə ziyanı olar, ya xeyir, İranla münaqişə fonunda proseslərin yönünü hansı istiqamətə dəyişər. Yaxşı olardı, başqa partiyalar da bunu nəzərə alardılar”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, ölkədə çox ağır sosial-iqtisadi vəziyyət var. Partiya sədrinin sözlərinə görə, müəyyən sosial qrupların həyatı olduqca ağırdır, hakimiyyət bu qruplarla bağlı ciddi siyasət aparmalıdır. Bu baxımdan, etiraz edən qüvvələrin küçəyə çıxması başadüşüləndir:
Sərdar Cəlaloğlu da övladlarını döyübmüş » Azərbaycan Gəncliyi qəzetinin internet saytı
“Amma indiki mürəkkəb geopolitik durumda daxili problemlərdən istifadə edib, “istefa” demək və ya hər hansı bir qarşıdurma yaratmaq siyasi baxımdan yanlışdır. Rusiyanın Qarabağda apardığı oyunlara qarşı millətin vahid cəbhədən çıxış etməli olduğu dövrdə, İranla münasibətlərin kəskinləşdiyi vaxtda belə addımlara gərək yoxdur”.
S.Cəlaloğluna görə, buna baxmayaraq vətəndaşların sərbəst toplaşmaq, öz mövqeyini birbaşa ifadə etmək hüququ var:
“Aksiyaların keçirilməsinin məqsədəmüvafiqliyini bir kənara qoyub, bu mitinqlərə qarşı hakimiyyət orqanlarının tətbiq etdiyi aşırı gücü, qeyri- qanuni hərəkətləri pisləyirəm, hesab edirəm ki, insanlara imkan vermək lazımdır ki, öz fikirlərini ifadə edə bilsinlər”.
Milli Məclisin deputatı Elman Nəsirov Globalinfo.az-a bildirib ki, noyabrın 11-də AXCP-nin Bakının mərkəzində aksiya keçirmək cəhdi Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun pozulması deməkdir:
 

“Bakının ən böyük ərazisi olan Qaradağ rayonunda kütləvi tədbirlər üçün rəsmi məkan ayrılıb. Bu insanların sosial bazası yoxdur. Olsa idi, məkanın fərqinə varmazdılar. Qanunla ayrılmış yerlərdə aksiya keçirərdilər. Buna baxmayaraq, AXCP yenə də öz ampluasındadır, qanunlara qarşı hörmətsizlik edir. Ondan qanunauyğun davranış tələb etdikdə, bunu özünə təzyiq kimi qiymətləndirir və çalışır ki, qarşıdurma yaratsın, ölkəmizin adını dünyada mənfi planda hallandırsın. İranla aramızda yaşanan indiki gərgin dövrdə Bakının mərkəzində aksiya keçirməyin əsası, məntiqi yoxdur. Yaxşı olardı, İran səfirliyi önündə aksiya keçirərdilər”.
Deputat bildirib ki, Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşması istiqamətində çətin bir proses getməkdədir: “Belə bir zamanda Azərbaycanı ittiham etmək, insan hüquq və azadlıqları ilə bağlı yalan, böhtan dolu məlumatlar yaymaq düşmənin çörəyinin üstünə yağ sürtmək anlamına gəlir. Ermənilər qeyd edirlər ki, Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin hüquqlarını pozacaq. AXCP isə “O heç öz vətəndaşlarının hüquqlarını müdafiə etmir, Qarabağda yaşayan ermənilərin hüquqlarını necə müdafiə edəcək?” deyir. Bütün bu fonu Əli Kərimli və onun tərəfdarları yaradır. Bu milli xəyanətə bərabər davranışdır”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, AXCP-nin Bakı Şəhəri İcra Hakimiyyəti binası qarşısında keçirdiyi icazəsiz aksiyanın mənası siyasi dairələr üçün başadüşülən deyil:

“Azərbaycanda ərazi bütövlüyü məsələsi həll edildiyi, azad olunan ərazilərdə böyük quruculuq işləri aparıldığı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığı zamanda müxalifətin nədən narazı qaldığı başa düşülmür. Əslində, bu gün cəmiyyətin maraqlarına xidmət etmədiklərinə, erməni diaspor dairələrinin Azərbaycandakı beşinci kolonu rolunu oynadıqlarına görə elə özləri istefa verməlidir. Radikal müxalifət və AXCP hələ Azərbaycanın maraqlarına uyğun bir addım atmayıb. Nə torpaqlarımız işğalda olduğu dövrdə bu məsələni qaldırıb, nə Azərbaycanda olan problemlərin həlli ilə bağlı konkret bir proqram ortaya qoyub. Hazırda isə xaricdən gələn təlimatları yerinə yetirməklə məşğuldur. Demokratik ölkə olduğumuz üçün onların söz demək, birləşmək, fikir bildirmək hüququ var. Radikal müxalifətin isə geniş sosial bazası yoxdur. Azərbaycan xalqı bu gün hansı siyasi qüvvənin onun maraqlarına uyğun hərəkət etdiyinin fərqindədir”.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirməyə cəhd göstərib. Təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilib. Bununla belə, AXCP aksiyanı keçirməyə cəhd göstərib.