
Müğənni Hülya Avşarın səhhətində problem yaranıb.
Türkiyə KİV xəbər verir ki, təcili olaraq xəstəxanaya yerləşdirilən sənətçinin koronavirusa yoluxduğu məlum olub.
İfaçı həkimlərinin məsləhəti ilə bütün konsertlərini ləğv edib.
O bir müddət səhnəyə çıxa bilməyəcək. Avşarın təxirə düşən konsertlərinin nə vaxt baş tutacağı isə hələ ki, açıqlanmayıb.
