Qəzzada atəşkəs 2 gün uzadıldı

Tarix :
Qəzzada atəşkəs 2 gün uzadıldı

Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında humanitar atəşkəsin iki gün müddətinə uzadılmasına dair razılaşma olub. 
Bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlayıb. 
Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib: "Davam edən vasitəçilik missiyası çərçivəsində Qətər Qəzza zolağında humanitar atəşkəsin iki gün müddətinə uzadılması barədə razılığın əldə olunduğunu elan edir".