
Yekaterinburqda əslən azərbaycanlı Hüseyn Allahverdiyev və Razi Xəlilov “Qrinviç” ticarət mərkəzində mübahisə edib və atışmağa başlayıblar.
Xarici medianın məlumatına görə, noyabrın 26-da axşam saatlarında dostlar kafedə dincəlsələr də, bir yerdə oturmayıblar, söyüş söyüblər, sonra isə silahlarını çıxarıblar.
Atışma ticarət mərkəzində böyük izdihamın gözü qarşısında baş verib. Münaqişənin hər iki iştirakçısı saxlanılaraq təcridxanaya göndərilib. Rusiya İstintaq Komitəsi xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
