
Tanınmış türkiyəli müğənni Hülya Avşar koronavirusa yoluxub.
Türkiyə mətbuatı xəbər verir ki, sənətçinin test nəticələri pozitiv çıxıb.
Müalicəyə başlayan Avşar həkim məsləhəti ilə səhnə proqramlarını təxirə salıb.
O, özünütəcrid şəraitində evində istirahət edərək müalicəsini davam etdirəcək.
