Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Tarix :
Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.
Təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir.
NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir.
Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.