Hindistan universitetində faciə baş verdi - 4 ÖLÜ, 60 YARALI - FOTO

Tarix :
Hindistan universitetində faciə baş verdi - 4 ÖLÜ, 60 YARALI - FOTO

Hindistanda universitetdə keçirilən musiqi festivalında faicə baş verib.
Xarici KİV xəbər verir ki, ölkənin Kerala vilayətindəki Cochin Elm və Texnologiya universitetində açıq havada təşkil edilən festivalda izdiham yaşanıb.

Nəticədə 4 nəfər həyatını itirib. 60-dan çox iştirakçı xəsarət alıb. Tədbir keçirilən zaman yağış yağıb və insanlar qaçaraq yağışdan qorunmağa çalışıb. Həmin vaxt bəzi iştirakçılar ayaq altında qalıb. 60 yaralıdan 5-nin vəziyyəti ağırdır. Hadisə yerinə 100 dən çox təcili yardım çağırılıb. Yaralılar dərhal xəstəxanalara çatdırılıblar.
Bəzi xəstəxanalara isə hazır olmaları üçün xəbərdarlıq edilib. Musiqi festivalında yaşanan insidentə görə araşdırmalara başlanılıb.
Həmin vaxt festivalda olan müğənni Nikhita Gandhi başına gələnləri şok vəziyyətində instaqram izləyiciləri ilə bölüşüb:
"Heç bir kəlimə bu faicəni izah etməyə yetməz. Duaların tələbələr və onların ailələrilədir".
Kerala əyalətinin rəhbəri Pinarayi Vijayan faciənin baş vermə səbəbinin ətraflı öyrənilib araşdırılması üçün əmr verib.