Türkiyədə 4 əsgəri ildırım vurdu

Tarix :
Türkiyədə 4 əsgəri ildırım vurdu

Çanaqqalada hərbi hissələrə ildırım düşüb. 
Boğaziçi və Qarnizon hərbi Komandanlığına ildırım düşməsi nəticəsində 4 əsgər yaralanıb.
Əsgərlərdən 2-si Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasına, 2-si isə ÇOMÜ Xəstəxanasına aparılıb. Onların həyatı üçün təhlükə yoxdur.