Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Blinken Kuleba ilə Polşanı müzakirə etdi

Tarix :
Blinken Kuleba ilə Polşanı müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya bir neçə raket hücumu dalğasından, eləcə də Polşa ərazisində iki raketin partlamasından sonra telefon danışıqları aparıblar.
Bu barədə ABŞ Dövlət Departamenti məlumatın yayıb.  
"Dövlət katibi və xarici işlər naziri Ukraynanın xüsusilə enerji təhlükəsizliyi və hava hücumundan müdafiəsi baxımından ehtiyaclarını müzakirə ediblər. Onlar həmçinin Polşada iki nəfərin ölümünə səbəb olan partlayışla bağlı cari qiymətləndirmələri müzakirə ediblər və yaxın günlərdə sıx koordinasiyanı davam etdirəcəklərinə söz veriblər”, - məlumatda qeyd olunub.