Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Qayınatam üçün alıram" deyib viski oğurladı, 23 gün həbs cəzası aldı - “Kontinental” marketdə oğurluq

Tarix :
"Qayınatam üçün alıram" deyib viski oğurladı, 23 gün həbs cəzası aldı - “Kontinental” marketdə oğurluq

Bakıda "Kontinental” marketdən 1 ədəd 0,7 litr həcmdə olan "Royal Salute 25” markalı viski oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, Şəmi (şərti) noyabrın 2-də Səbail rayonu, "Çəmbərəkənd” parkı ətrafında piyada hərəkət edən zaman parkın yaxınlığında "Kontinental” market olduğunu görüb oradan nə isə oğurlamaq qərarına gəlib və həmin marketə daxil olub. O, təxminən 5-10 dəqiqə marketdə gəzdikdən sonra spirtli içkilər olan vitrinə tərəf yaxınlaşıb, bir neçə spirtli içkini götürüb baxıb və sonra isə yerinə qoyub.

Bu zaman marketin müdiri şübhələnərək ona yaxınlaşıb. Həmin şəxs viskilərdən birini ona göstərərək qayınatası üçün almaq istədiyini bildirib və necə içki olduğunu soruşub. Market müdiri də keyfiyyətli içki olduğunu söyləyib. Bundan sonra o, həmin viskini götürərək kassaya yaxınlaşıb.


Viskini kassanın üzərinə qoyaraq, pulunu taksidə unutduğunu söyləyib və çölə çıxıb, lakin geri qayıtmayıb. Bundan sonra marketin müdiri vitrindəki "Royal Salute 25” viskisinin qutusuna baxıb və viskinin yerində olmadığını görüb. Dərhal polisə məlumat verib. Oğurlanmış viskinin qiyməti 485 manat olub.

Təqsirləndirilən şəxs oğurladığı viskini Binəqədi rayonu ərazisində yerləşən "Şərabistan” adlı şərab evində çalışan Zaur adlı şəxsə 200 manata satıb.

Məhkəmnin qərarı o, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün həbs cəzası verilib.