Çində müəmmalı epidemiya yayıldı - Yüksək hərarət və ağciyərdə düyünlərlə müşayiət olunur

Tarix :
Çində müəmmalı epidemiya yayıldı - Yüksək hərarət və ağciyərdə düyünlərlə müşayiət olunur

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasının yarandığı Çində yeni epidemiya meydana gəlib.
 
Xarici medianın məlumatına görə, səlahiyyətlilər pnevmoniyaya bənzər xəstəliyin getdikcə yayıldığını bildirib. 
Çox yüksək hərarətin olduğu və ağciyərlərdə düyünlərlə müşayiət olunması ilə bağlı xəbərdarlıq edilib. Ölkədən gələn görüntülərdə epidemiya səbəbi ilə xəstəxanaların dolub-daşdığı görülüb.