Ermənistan ordusu İsveçrə modelinə keçir - Paşinyan AÇIQLADI

Tarix :
Ermənistan ordusu İsveçrə modelinə keçir - Paşinyan AÇIQLADI

Ermənistan ordusunda, silahlı qüvvələrində böyük islahatlar aparılır. 
Xarici KİV xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, beynəlxalq təcrübənin öyrənilərək orduda həyata keçirildiyini deyib: "Biz də bu yaxınlarda 24 günlük təlim-məşq toplanışları mexanizmini tətbiq etmişik ki, onun da məqsədlərindən biri müəyyən mənada İsveçrə modeli istiqamətində getməkdir".