Qatar yoluna çıxan “Mercedes” bu hala düşdü - Foto

Tarix :
Qatar yoluna çıxan “Mercedes” bu hala düşdü - Foto

Bu gün saat 13:20 radələrində ADY-yə məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.
Azərbaycaan Dəmr Yolları “QSC-dən bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.
Bununla belə, ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublik”ası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırıb:
“Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 manat məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar”.