Bakıda ticarət mərkəzindən bahalı paltarlar oğurlandı

Tarix :
Bakıda ticarət mərkəzindən bahalı paltarlar oğurlandı

Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.