İsmayıllıda ağır qəza: Altı hindistanlı xəsarət aldı

Tarix :
İsmayıllıda ağır qəza: Altı hindistanlı xəsarət aldı

İsmayıllıda ağır yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllının Tircan ərazisində baş verib.

Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.


Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.