
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilənlərin sayı 27-yə çatıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir. Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.
***15:00
Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, ölən və xəsarət alanlar var.
Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.
Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.







