Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyədə məşhur oyuncağın satışı qadağan olundu

Tarix :
Türkiyədə məşhur oyuncağın satışı qadağan olundu

Türkiyədə məşhur “Huggy Wuggy” oyuncaqlarının satışı qadağan olunub.
Türkiyə mediası xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət Nazirliyi yayıb.
Məlumata görə, nazirlik uşaqlara mənfi təsiri ilə gündəmə gələn “Huggy Wuggy” personajının oyuncaqları ilə bağlı araşdırmalara başlayıb. Araşdırmalardan sonra, sözügedən oyuncağın satışı qadağan olunub və satışdan çıxarılmasına dair qərar verilib. 
Qeyd edək ki, “Huggy Wuggy” “Poppy Playtime” adlı qorxu janrında olan oyunda yer alan personajdır. Sözügedən videooyun 2021-ci ilin oktyabrında buraxılıb. Personajın oyuncaqları son zamanlar azyaşlı uşaqlar arasında çox populyarlaşıb. Psixoloqlar isə bu cür personajların uşaqlar tərəfindən sevilməsindən narahatlıqlarını ifadə ediblər.