
Rusiyanın Ulyanovsk vilayətində 396 sərnişinin olduğu Adler-Perm qatarı manevr edən teplovozla toqquşub.
Rusiya KİV xəbər verir ki, toqquşma nəticəsində ölən olmayıb.
Hadisə zamanı 25 sərnişinin xəsarət aldığı, onların yüngül qançırlarla xilas olduqları bildirilir.
Sərnişinlər arasında 94 uşağın olduğu qeyd edilib.
