Ukraynadan bu ölkələrin müdafiə sənayesinə qarşı 50 illik sanksiya

Tarix :
Ukraynadan bu ölkələrin müdafiə sənayesinə qarşı 50 illik sanksiya

Ukrayna Parlamenti (Rada) Rusiya və Belarusun müdafiə sənayesinə qarşı 50 illik sanksiya qərarını təsdiqləyib.
Bu barədə ukraynalı deputat Yarislav Jeleznyak sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, Prezident Volodimir Zelenskinin Ukrayna Radasına təqdim etdiyi qanun layihəsi Baş Assambleyada müzakirə edilib.
“İclasda iştirak edən 304 deputatın dəstəklədiyi qanun layihəsi ilə Rusiya və Belarusla müdafiə sahəsində hər cür əməkdaşlıq, ortaq layihə və proqramlar qadağan edilib, hərbi və ikili təyinatlı məhsulların idxalı dayandırılıb. Müdafiə sahəsində çalışan Rusiya və Belarus şirkətlərinə hər hansı texnologiya və məlumat ötürülməsinə icazə verilməyəcək”, - deyə ukraynalı deputat bildirib.