Qəzzada atəşkəs bu tarixdə qüvvəyə minəcək

Tarix :
Qəzzada atəşkəs bu tarixdə qüvvəyə minəcək

Qəzza zolağında atəşkəs noyabrın 23-ü yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 12:00) qüvvəyə minəcək.
“Qafqazinfo” “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı HƏMAS hərəkatının siyasi bürosunun üzvü Abu Marzuk açıqlayıb. 
“Qəzza zolağında atəşkəs cümə axşamı günü 10:00-da qüvvəyə minəcək” – deyə Marzuk qeyd edib.
Xatırladaq ki, daha əvvəl İsraillə HƏMAS arasında müvəqqəti atəşkəsin 5 gün davam edəcəyi barədə məlumat yayılıb.