Ən yüksək temperatur bu ölkədə qeydə alındı

Tarix :
Ən yüksək temperatur bu ölkədə qeydə alındı

Braziliyada ən yüksək temperatur 44,8°C (112,6F) ilə qeydə alınıb və hazırda ölkənin bəzi bölgələri istidən əziyyət çəkir.
Bu barədə BBC yazır.
Rekord Minas-Jerais ştatının cənub-şərqindəki Arasuay şəhərində qeydə alınıb. Hökumət qurumu bildirib ki, 44,8°C maksimum temperatur ölkədə 2005-ci ildə müəyyən edilmiş 44,7°C-lik əvvəlki rekordu qırıb.
Belə intensiv istilik iqlim dəyişikliyi ilə əlaqələndirilir. Yerli sinoptiklər bu həftə istilərin azalacağını bildirirlər.