Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rus ordusu bu istiqamətlərdə hərəkətə keçdi - Ağır döyüşlər gedir

Tarix :
Rus ordusu bu istiqamətlərdə hərəkətə keçdi - Ağır döyüşlər gedir

Ukrayna ordusu gün ərzində 10 istiqamətdə rusların hücumlarının qarşısını alıb. Son sutka ərzində düşmən 4 raket və 23 hava zərbəsi endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. 
Qeyd olunur ki, rus ordusu bir neçə reaktiv yaylım atəşi ilə 70-dən çox atəş açıb:
“Ötən gün ərzində Müdafiə Qüvvələrinin bölmələri əhalinin məskunlaşdığı ərazilərdə işğalçıların hücumlarını dəf edib. Bunlara Novoselevskoe, Luqansk vilayəti; Beloqorovka, Baxmut, Baxmutskoe, Vremevka, Krasnohorovka, Maryinka, Novokalinovo, Novomıxaylovka, Pervomaylovka, Donetsk vilayəti daxildir.
İşğalçılar Severski istiqamətində Sumı rayonunun Vorojba, Nikolaevka, Romaşkovoe, Stepok, Yunakovka yaşayış məntəqələrinin ərazilərini minaatan, lüləli və raket artilleriyasından, Slobojansk istiqamətində isə müxtəlif təyinatlı artilleriyadan atəşə tutublar.
Kupyansk və Limansk istiqamətlərində Xarkov vilayətinin Dvureçnaya, Zaqrızovo, Kislovka, Kolodeznoe, Kopanki, Kotlyarovka, Tabaevka yaşayış məntəqələri ərazilərini tanklardan, minaatanlardan, lülədən və raket artilleriyasından atəşə tutub.
Baxmut istiqamətində Andreevka, Baxmut, Baxmutskoe, Beloqorovka, Verxnekamenskoe, Qrıhorovka, Ozaryanovka, Klesçievka, Kurdyumovka, Serebryanka, Yaxşapovka, Torlevka, Torlevka, Soledar qəsəbələri əsas hücum hədəfi olub.
Donetsk vilayətinə, Avdeivka istiqamətində isə tanklardan, minaatanlardan və raket artilleriyasından atəş açılıb.
Zaporojye istiqamətində rus işğalçıları Beloqorye, Dorozhnyanka, Jeleznodorojnoe bütün artilleriya spektrindən, Xerson istiqamətində isə minaatanlardan, artilleriyadan atəş açıblar". /Teleqraf.com