Motosiklet DYP avtomobilinə çırpıldı, yaralanan var

Tarix :
Motosiklet DYP avtomobilinə çırpıldı, yaralanan var

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, “Opel” markalı minik avtomobili motosikleti vurub. Bu zaman idarəetmədən çıxan motosiklet yol polisinin xidməti avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü xəsarət alıb.
Fakt araşdırılır.