"Hərbçilərin kirayə pulu artırılmalıdır" - Deputat

Tarix :
"Hərbçilərin kirayə pulu artırılmalıdır" - Deputat

“Hərbçilər bir yerdən başqa yerə gedir, onlara kirayə üçün verilən məbləğ artırılmalıdır. Onların kirayə götürdükləri mənzillər bazar qiymətinə uyğunlaşdırılmalıdır. Bu gün qiymətlər az miqdardadır və ona görə məbləğin artması vacibdir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, xarici dillər üzrə müəllimlər də rayonlara gedib dərs keçir, həkimlər də gedir, onlara verilən kirayə pulu da artırılmalıdır.