Azad edilən ərazilərdən tapılan silahların bəziləri xarici ölkələrdən alınıb

access_time20-11-2023, 16:50 visibility13 categoryXəbərlər
Azad edilmiş ərazilərdə müharibədən sonra 300-dən çox insan minaların qurbanı olub. Piyada əleyhinə minaların çoxu 2021-ci ildə Ermənistanda istehsal olunub və ərazilərimizə gətirilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, antiterror tədbirləri nəticəsində azad edilən ərazilərdə döyüş maşınları və silahlar insanlar məskunlaşan ərazilərdə aşkarlanıb. Bununla bağlı fotoşəkillər təqdim olunub. Tapılmış bəzi silahlar və raketlər 2021-ci il istehsalıdır. Onların bəziləri 2020-ci ilin sonunda imzalanmış müqavilələr əsasında xarici ölkələrdən alınmış silahlardır.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş