Alla Puqaçovanın ABŞ-dəki gizli evi üzə çıxdı - VİDEO

access_time20-11-2023, 13:35 visibility11 categoryXəbərlər
Rusiyalı tanınmış müğənni Alla Puqaçovanın hamıdan gizlətdiyi ABŞ-dəki daşınmaz əmlakı üzə çıxıb.
Bu barədə NTV telekanalı məlumat yayıb. 
Məlumata görə, sənətçi Florida ştatında yerləşən "Majestic Tower" göydələnində mənzil alıb.
Puqaçovanın mülkü Mayami şəhərinin elit "Bal Harbor" bölgəsində yerləşir. Malikanədə spa və fitness mərkəzləri, tennis kortu və qızdırılan hovuz var.
Prodüser Leonid Dzyunikin sözlərinə görə, mənzil hazırda müğənninin nəvəsi Nikita Presnyakova məxsusdur. O, mənzili anasının keçmiş ərindən alıb. Qızı Kristina Orbakaite də öz növbəsində mənzili Puqaçovadan alaraq ərinə satıbmış.
Puqaçovanın Mayamidə yalnız ona məxsus olan başqa bir mənzili də var. Mənbə bildirib ki, o, Brikell prospektində yerləşir.







Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş