Ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

access_time20-11-2023, 13:18 visibility12 categoryXəbərlər
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 13-dan 19-dək olan müddətdə 14 tank əleyhinə mina, 57 piyada əleyhinə mina, 1582 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 737.7 hektar ərazi minadan təmizlənib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş