Siyəzəndə avtomobil piyadanı vuraraq öldürdü

Tarix :
Siyəzəndə avtomobil piyadanı vuraraq öldürdü

Siyəzən rayonunda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Qəribov Hüseynağa İsa oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı aldıqı müxtəlif dərəcəli xəsarətlərlə ölüb. 
Faktla bağlı araşdırma aparılır.