Bakıda QƏZA: 61 yaşlı qadın öldü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospekti 2072 ünvanının qarşısında baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Əzizli Kənanın idarə etdiyi “Hyundai İX 35” markalı avtomobillə 1998-ci il təvəllüdlü Ağayev Məmmədin idarə etdiyi “Toyota Prius” markalı taksi avtomobilini eyni istiqamətdə hərəkətdə olarkən arxa hissədən vurub.
Nəticədə “Toyota Prius” markalı avtomobildə sərnişin olan 1962-ci il təvəllüdlü Abdullayeva Muxlisə baş ağrısı şikayəti ilə həmin gün saat 17 radələrində xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.