Türkiyədə gəmi batdı - 12 nəfər itkin düşüb

access_time20-11-2023, 10:27 visibility17 categoryXəbərlər
İzmirə gedən yük gəmisi batıb.  
Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlayıb. 
Qeyd olunub ki, gəmidəki 12 nəfərlik türk heyəti itkin düşüb. 
"Rusiyadan İzmir Əliağa Limanına yük daşıyan Türkiyə bayraqlı gəmi Qara dənizdə fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada sığınacaq tapa bilməyincə yenidən hərəkətə keçən gəmi ilə qısa müddət sonra əlaqə kəsilib", - deyə nazir bildirib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş