Rusiya benzinin ixracına qoyulan qadağanı ləğv etdi

access_time20-11-2023, 09:57 visibility17 categoryXəbərlər
Rusiya hökuməti benzinin ixracına bu il sentyabrın 21-dən tətbiq edilən müvəqqəti qadağanı ləğv edib.
Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyası hökuməti daxili bazarda yerli motor yanacağının qiymət konyukturasının sabitləşdirilməsi tədbirləri çərçivəsində sentyabrın 21-də qoyulmuş avtomobil benzininin ixracına qoyulan müvəqqəti qadağanı noyabrın 17-dən ləğv etmək qərarına gəlib". departamentin açıqlamasında deyilir.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş