İlon Maskın kosmik aparatı yenə partladı

access_time18-11-2023, 19:40 visibility11 categoryXəbərlər
Noyabrın 18-də ikinci sınaq uçuşu zamanı İlon Maska məxsus SpaceX-in Ulduz gəmisi qalxdıqdan qısa müddət sonra yenidən partlayıb. Aprel ayında baş tutan ilk uçuş da uğursuz olub.

Xarici media bildirir ki, buraxılış yerli vaxtla şənbə günü səhər tezdən Texasdakı Starbase buraxılış meydançasından həyata keçirilib. Uçuş təxminən 10 dəqiqə davam edib.

Əvvəlcə buraxılış aparatının birinci mərhələsinin ayrıldıqdan sonra partladığı açıqlanıb, lakin SpaceX tezliklə gəmi ilə əlaqəni itirdiklərini bildirib.
Uçuş məqsədlərinə görə, Starship Yer kürəsinin orbitinə çıxmalı və Havay adaları yaxınlığında Sakit Okeana düşməli idi.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş