Bayden Meksika liderinə görə həyat yoldaşını qısqandığını etiraf edib

access_time18-11-2023, 18:46 visibility12 categoryXəbərlər
ABŞ Prezidenti Co Bayden meksikalı həmkarı Andres Manuel Lopez Obradorla görüşü zamanı həyat yoldaşı Cilin Latın Amerikası liderini bəyəndiyini etiraf edib.

Bu barədə “Daily Mail” yazıb.
“Dünən axşam nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturmusan və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum”, deyə Bayden zarafat edib.

Cavabında Meksika lideri nəzakətlə gülümsəyib və bu açıqlamaya münasibət bildirməyib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş