
Fransa prezidenti Emmanuel Makron hazırda immiqrasiya ilə bağlı referendumlar keçirməyi düşünmür, siyasi liderlər arasında onların təşkili ilə bağlı məsələlərdə razılıq yoxdur.
Bu barədə "France Info" radiosu məlumat yayıb.
Avropa - Ekologiya - Yaşıllar (EELV) solçu partiyasının milli katibi Marin Tondelierin sözlərinə görə, belə bir referendum baş tutmayacaq.
Eyni zamanda, Milli Mitinq partiyasının lideri Cordan Bardella, prezidentin hazırda "bu imkanı nəzərdən keçirmədiyini" deyib.
