Ukraynaya daha 100 milyon avroluq hərbi yardım verilir

Tarix :
Ukraynaya daha 100 milyon avroluq hərbi yardım verilir

Finlandiya Ukraynaya təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketini göndərəcək.
Bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub. 
"Finlandiya Ukraynaya kömək üçün daha çox hərbi texnika göndərəcək. Prezident hökumətin təklifi ilə 2023-cü il noyabrın 17-də bu məsələ ilə bağlı qərar qəbul edib. Bu, Ukraynaya 20-ci hərbi texnikanın çatdırılması olacaq. Bu paket Finlandiyaya təxminən 100 milyon avroya başa gələcək", - məlumatda deyilir.