Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Putinin masajçısı Rusiyadan QAÇDI

Tarix :
Putinin masajçısı Rusiyadan QAÇDI

Rusiya lideri Vladimir Putinin xüsusi masajçısı, Kremlin bir çox sirlərini bilən Konstantin Qoloşçapov Rusiyadan qaçıb.
Bu barədə B.Britaniya mətbuatı məlumat yayıb. 
Bildirilir ki, “xüsusi masajçısı” Konstantin Qoloşçapov Belarusa qaçıb. Məlumata görə, Putin və Rusiyanın bəzi şəxsi sirlərini bildiyi güman edilən Qoloşçapov iyul ayında oğlunun maşını ilə ölkədən qaçıb, 4 gün sonra isə onun 29 yaşlı oğlu “müəmmalı səbəblərdən” ölü tapılıb.
Müəmmalı şəkildə qaçması gündəmdə olan 67 yaşlı Qoloşçapovun ölkəni tərk etməsindən sonra Rusiya hakimiyyəti Qoloşçapovun investisiya şirkətləri və su və elektrik şirkətlərindəki səhmləri ilə bağlı hərtərəfli araşdırmaya başlayıb.